Samsung şirkəti Galaxy S9-un hazırlanmasına başlayıb

“Samsung” şirkəti növbəti flaqman smartfon olacaq Galaxy S9-un hazırlanmasına start verib.

Bu barədə The Bell adlı Cənubi Koreya nəşriyyatı bildirib. Məlumdur ki, smartfon iki versiyada satışa çıxacaq. Onlar arasında fərq isə sadəcə ekran ölçüsündə olacaq. Məlumata əsasən Galaxy S9 və Galaxy S9+ modelləri Star və Star 2 kod adları ilə adlandırılıblar.

Qeyd etmək lazımdır ki, Galaxy S8, Project Dream kod adını, daha təhlükəsiz versiya olan Galaxy S8 Active modeli isə Cruiser kod adını daşıyırdı. The Bell adlı nəşriyyatın verdiyi məlumata əsasən yeni model smartfonların dizaynları, Galaxy S8 və Galaxy S8+ modellərindən heç də fərqlənməyəcək.

Əsas fərqləndirici özəllik isə barmaq izi skanının yerləşəcəyi hissə olacaq. Belə ki, yeni modellərdə barmaq izi skanı, ekranın alt hissəsinə inteqrasiya olunacaq. Bundan əlavə olaraq “Samsung” şirkəti, “Qualcomm” ilə birlikdə Snapdragon 845 adlı yeni nəsil prosessorun hazırlanması ilə məşğuldur. Məhz bu yeni prosessorlar, Galaxy S9 və Galaxy S9+ modellərində olacaq. “Hələki yeni smartfonların texniki göstəriciləri barəsində nəsə demək çox tezdir. Lakin eşitdiyimə görə onların ekranları, Galaxy S8 və Galaxy S8+ modellərində olduğu kimi olacaq” – deyə mənbə bildirib.

Sözügedən yeni smartfonların 2017-ci ilin sonunda istehsal olunacağı da bildirilib. Əgər bu məlumatlar düzdürsə, onda yeni modellərin anonsunu gələn ilin əvvəlində gözləmək olar. Ən real vaxt kimi isə hər ilin Fevral ayında Barselonada keçirilən MWC konfransını düşünmək olar. / "Technote"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar