Gözəl Bayramlı barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edilib.

APA-nın xəbərinə görə, bunu onun vəkili Elçin Sadıqov deyib. O bildirib ki, G. Bayramlı barəsində Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib və işə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə G. Bayramlı haqqında 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması haqqında məlumat yayıb.

Məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb: "Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar