Rusiyada hərbi təyyarə qəzaya uğrayıb - Bir nəfər ölüb

Rusiyanın Saratov vilayətində An-26 hərbi təyyarəsi qəzaya uğrayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin göyərtəsində olan bir hərbçi ölüb, daha 5 nəfər xəstəxanaya yaralanıb.

Təyyarə Krasnodar ali aviasiya məktəbinin təlim aviabazasına məxsusdur. Hadisə təlim uçuşu zamanı baş verib. Təyyarə sərt eniş etdiyi üçün yanıb.

İlkin məlumata əsasən, hadisənin baş verməsinə mühərriklərindən birində yaranmış nasazlıq səbəb ola bilər. Hadisə yerində Müdafiə Nazirliyinin xüsusi komissiyası işləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar