Azərbaycanın 6 telekanalında monitorinq aparılır

"Ölkədə ədəbi dil normalarının pozulmasını yoxlamaq məqsədilə 6 televiziya kanalı monitorinqə cəlb olunub".

"Report" xəbər verir ki, bunu Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qazıyeva "Telekanalların dil mənzərəsi" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, budəfəki monitorinqə dövlət televiziyası da cəlb olunub: "Monitorinqə AZTV, İTV, "Space", "Lider", "Xəzər" və ATV daxil edilib. Həm xəbər, həm də əyləncə verilişləri tədqiqata cəlb olunub".

Mütəxəssis bildirib ki, dillə bağlı bəzi televiziya verilişlərində vəziyyət yaxşılaşsa da, bəzi qüsurlar hələ də müşahidə olunmaqdadır: "Əyləncə verilişlərində isə vəziyyət demək olar dəyişmir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar