ADU-da AKSİYANIN KÖKÜNDƏ NƏ DURUR? - Nazirliyin vəzifəli şəxsləri ADU-ya gəliblər (CANLI YAYIM)

Azərbaycan Dillər Universitetində tələbələrin etiraz aksiyası davam edir. "AzPolitika" xəbər verir ki, hazırda Təhsil nazirinin müavini Ceyhun Bayramov, Nazirliyin Ali Təhsil və İctimaiyyətlə Əlaqələr şöbələrinin müdirləri, həmçinin Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini ADU-da tələbələrin tələbləri ilə maraqlanırlar.

ADU tələbələrinin etirazları bir sıra suallar yaradır. Nə üçün məhz ADU-nun tələbələri Dövlət imtahanından narazılıq edirlər. Axı digər unoversitetlərdə də bu imtahanlar keçirilir.

Müşahidələr belə deməyə əsas verir ki, ADU tələbələrinin narazılığında Dövlət imtahanında yol verilən bir sıra neqativ hadisələr əsas rol oynayır. Bir qədər də konkretləşdirsək, imtahanlarda bəzi tələblərin irəli sürülməsi tələbələri etirazlara təhrik edir.

***

Azərbaycan Dillər Universitetinin tələbələri aksiya keçirir.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, tələbələr dövlət imtahanın ləğv olunmasını tələb edirlər.

Etiraz aksiyasında təxminən 200-300 tələbənin iştirak etdiyi bildirilir.

Qeyd edək ki, ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırki rektor Əfqan Abdullayev bərpa edib.

Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirir.

Xatırladaq ki, may ayının 26-da pedaqoji təcrübənin yekunlaşması ilə bağlı keçirilən konfransda dördüncü kurs tələbəsi ilə rektor arasında gərginlik yaşanmıdı. Həmin hadisə böyük ajiotaja səbəb olmuşdu.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar