“Standard Insurance”in lisenziyası ləğv edilə bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Standard Insurance” ASC-ni nəzarətə götürüb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının dəri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, şirkətin səhmdarına kapitallaşma ilə bağlı məsələni həll etmək, eləcə də yeni inkişaf strategiyası təqdim etmək tapşırılıb: “Bunun üçün şirkətin səhmdarının 1 ay vaxtı var. Əks təqdirdə deyə bilərəm ki, heç bir maliyyə qurumunun lisenziyası daimi deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar