ABŞ-ın 10 şəhəri Trampın impicmentinə çağıran qətnamə imzalayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) 10 şəhəri birgə qətnamə imzalayıb. Sənəd, Prezident Donqald Trampın impicmenti prosedurunun başlanmasına çağırış tələbi irəli sürür. Bu barədə «Politico» nəşri məlumat yayıb.

Hazırkı vəziyyətə onuncu və sonuncu belə şəhər Massaçusets ştatının Bruklayn şəhəri olub. Maraqlıdır ki, bu ştatın daha 4 şəhəri - Kembric, Amxerst, Pelem və Leverett də analoji tələblə çıxış edib, digər şəhədə - Hyüston şəhərində isə bu təşəbbüs müzakirə olunur.

Qeyd edək ki, ABŞ-ın bütün tarixi boyunca yalnız iki prezident impicmentə məruz qoyulub və hər ikisi bəraət alıb - ittiham lazımi qədər səs toplaya bilməyib. Onlardan birincisi ABŞ-ın 17-ci Prezidenti Endryü Conson olub və hərbi nazir Edvin Stentonu işdən azad etdiyinə görə, az qala öz postunu itirəcəkdi. İkinci Prezident isə Bill Klintondur. O, Monika Levinski məsələsi üzrə təhqiqata başlanmasını əngəlləmək cəhdi ilə yalan ifadə verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar