MAKRONDAN PUTİNİN ÜZÜNƏ SƏRT SÖZLƏR - «RT kanalı və «Sputnik»...» + VİDEO

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiyanın «RT» telekanalı və «Sputnik» agentliyi yalançı təbliğat orqanlarıdır.

Makron bu fikri Rusiya Prezidenti Vladimir Putinlə Parisdə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Fransa Prezidentinin sözlərinə görə, «Sputnik» agentliyi və «RT» telekanalı şəxsən onun özünün barəsində və seçkiqabatı kampaniyası barəsində yalan məlumatlar yayıb. Ona görə də bu kütləvi informasiya vasitələrinin (KİV) jurnalistlərini seçki qərargahına buraxmayıblar.

Rusiya Prezidentinin mətbuat katibm Dmitri Peskov isə bildirib ki, Kremldə «bu qiymətləndirmə ilə razı deyillər».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar