MONOPOLİYANIN GERİYƏ DÖNÜŞÜ - Nə baş verdi ki...

Martdan bəri ölkədə bananın satış qiyməti 3 manat 50 qəpiyə qalxıb

Ölkədə bananın qiyməti yenidən qalxıb. Belə ki, ötən il bananın qiyməti gözlənilmədən 1 manat 30-25 qəpiyə qədər enmişdisə, hazırda 3-3.50 qəpiyə satılır. İqtisadçı ekspert Qubad İbadoğlu xarici ölkələrlə müqayisəni bu cür şərh edib:

“Hazırda Azərbaycanda dolların devalvasiyasından sonra pərakəndə satış şəbəkələri bananı 3 manata, təxminən 1 dollar 75 sentə təklif edir. Müqayisə üçün qeyd edək ki, əmək haqqı və xidmət haqlarının yüksək olduğu ABŞ-da bananın 453 qramı 59 sentə, yəni 1 kiloqramı 2 manat 21 qəpiyə, Almaniyada 2 manat 47 qəpiyədir. Azərbaycan bazarlarında ən aşağı sort bananın hətta ABŞ və Almaniyadan da baha satılması monopoliyanın əvvəlki vəziyyətə qayıtmasının və islahatların imitasiyasının ən bariz nümunəsi sayıla bilər”.

qubadİqtisadçı qeyd edib ki, əslində mövsümi və manatın bahalaşması kimi əhəmiyyətli amillərin təsiri ilə Azərbaycanda bananın qiyməti ucuzlaşmalı idi: “Amma əksinə, bazarda bahalaşma müşahidə olunur. Əgər yumurta müşavirəsi kimi heç olmazsa bir dəfə də banan müşavirəsi keçirilsəydi, onda heç şübhəsiz ki, onun da qiyməti ucuzlaşardı”.

Bəs bananın bahalaşmasının səbəbi nədir, hökumət monopoliya ilə bacara bilmədi, yoxsa gömrükdəki islahatlar nəticəsiz olub?

İqtisadçı Qubad İbadoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a qısa açıqlama verib: “Hökumət monopoliya ilə bacara bilmədi. Əgər başlanğıcda ona nail ola bilmişdisə, sonradan yenə də əvvəlki vəziyyətə qayıtdı”.

İqtisadçı Natiq Cəfərli isə qeyd etdi ki, ölkədə banan meyvəsi ilə bağlı rəqabət yoxdur: “Ötən ilin eyni dövründə Azərbaycan gömrüyündə kiloqramı 91,3 sentə (təxminən 1 manat), rəsmiləşdirilən banan indi daha aşağı qiymətə - 77,5 sentə (1 manat 30 qəpik) bəyan edilir. Martdan bəri ölkədə bananın satış qiyməti, ortalama, 3 manat 50 qəpiyə qalxıb. Hazırda bananı, eləcə də digər sitrus meyvələrini Azərbaycana bir şirkət - ”Asadov Capital Azərbaycan" MMC gətirir. Bu şirkət Türkiyədə 2007-ci ildə yaradılan “Asadov Emlak Gida ve Dış Ticaret Limited” şirkəti tərəfindən təsis olunub, yeganə payçı isə Rafiq Həmid oğlu Əsədovdur. Yəni ölkəyə bananı tək bir şirkət gətirir, rəqabət yoxdur".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar