Ziya Məmmədov Abutalıbovu nəqliyyat sektoruna buraxmır- «Baku Bus» davası

Nəqliyyat Nazirliyinin rəsmisi «Baku Bus» şirkətinin onlara məxsus olduğunu bildirir

ANS PRESS-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. O bildirib ki, artıq Nazirlik avtobusların alınması ilə bağlı vəsait ayırıb: “Mən deyə bilmərəm avtobuslar nə vaxt alınacaq. Çünki bu o qurumun səlahiyyətindədir. Nazirlik pulu ayırıb. 30 milyon vəsait həm avtobusların alınması, həm də şirkət üçün müvafiq yerlərin ayrılması üçün nəzərdə tutulub”.

Namiq Həsənov “Baku Bus” nəqliyyat şirkətinin Nazirliyin 32 daşıyıcısından biri olduğunu deyib. O bildirib ki, mətbuatda Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin alınması ilə bağlı yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Bu şirkət bizim daşıyıcılarımızdan biridir.

Bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus “Baku Bus” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılması qərara alınıb. Az sonra isə “Iveco Bus” şirkətilə Nəqliyyat Nazirliyi deyil, məhz Bakı Şəhər Icra Hakimiyyəti arasında müqavilə imzalandı. Bütün bunlar isə paytaxtda sərnişindaşıma sahəsinin Nəqliyyat Nazirliyindən alınaraq meriyaya verilməsi və Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin artıq sıradan çıxarılması kimi qiymətləndirildi.

Görünür elə buna görə də, Ziya Məmmədov Abutalıbovu nəqliyyat sektoruna buraxmaq istəmir. Bacaracaqmı, bunu zaman göstərəcək.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar