PREZİDENTDƏN ŞOK DƏYİŞİKLİKLƏR! - Yeni köməkçilər təyin olundu, vəzifəsini itirənlər var!

Prezident İlham Əliyev Prezident Administrasiyasının strukturunda dəyişiklik edib.

AzPolitika.info Haqqın.az saytına istinadla bildirir ki, indiyədək Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş Şöbəsinin müdiri vəzifəsini tutan Fuad Ələsgərov, Prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Bundan başqa Natiq Əmirov (İqtisadiyyat və sənaye məsələləri üzrə) Azər Əmiraslanov (Aqrar məsələlər üzrə), Zeynal Nağdəliyev (Regional məsələlər üzrə) və Novruz Məmmədov (Xarici siyasət məsələləri üzrə) da Prezidentin köməkçiləri təyin olunublar. Dilarə Seyidzadə isə katibliyin rəisi vəzifəsinə təyinat alıb.

İndiyədək Prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsini tutan Vahid Əliyev isə vəzifəsindən azad olunub. 

Prezident Administrasiyasının Humanitar Şöbəsinin müdiri Fatma Abdullazadə də vəzifəsini itirənlər sırasındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar