AVROPA TRAMPDAN XİLAS OLUR! - "Hərbi sferada o qədər güclü olmalıyıq ki..."

Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriyel Amerika–Avropa münasibətlərinin perspektivinə şübhə ilə yanaşır. Amma buna baxmayaraq, Almaniya federal hökuməti iki gün əvvəl Transatlantik münasibətinin mühümlüyünü xüsusi olaraq vurğulayıb.

Gənclik illərini Almaniya Demokratik Respublikasında keçirən Merkel üçün Amerika işıqlı ideal olub. Məhz o, Amerika və Avropa arasındakı etibarlı əlaqələrin sonu barəsində danışır. Hətta öz sözlərinə “pivə çadırında” da nəzarət etməyi bacaran Merkelin işlətdiyi bu ifadə çox maraq doğurur. Kanslerliyinin ilk dönəmində Merkel Transatlantik romantiki hesab edilirdi.

Merkel deyib: ”Biz avropalılar həqiqətən də öz taleyimizi öz əlimizə almalıyıq”. Merkel bu sözlərini “Breksit” təbliğatına başlananda və Donald Trampın prezident seçkiləri dövründə də səsləndirirdi.

Merkelin söylədiyi “Bizim başqalarına güvəndiyimiz dövr keçib gedib, mən bunu son günlər anlamışam” sözləri gözlənilməz olub. Lakin Merkel inkişaf etmiş ölkələrin “G-7” sammitlərində ilk növbədə həmişə ümumi dəyərlər barədə danışırdı. Bu dost dövlətlərin münasibətlərini ortaya qoyulan bir sənəd korladı və bu açıq şəkildə fikir ayrılığı yaratdı. Qlobal iqlim dəyişikliyinə şübhə ilə yanaşan Tramp, Paris müqaviləsinə mənfi münasibət bəsləyir. Bundan başqa, iqlim müdafiəsi ilə bağlı qlobal müqavilədən Trampın imtina edəcəyi gözlənilir.

- Dərindən sarsılıb

Almaniya kanslerinin artıq Trampa səbrinin çatmaması dünyada böyük diqqətlə qarşılanıb. Əksər avropalı icmalçılar hesab edirlər ki, bu Transatlantik alyansının sonudur. Trampın ABŞ-dakı əleyhdarları bildirirlər ki, bu məsələdə günahkar məhz odur. Bunun əksinə isə, Tramp tərəfdarları Merkeli “axmaqlıqda” ittiham edirlər. Fransanın “Le Monde” qəzeti bəyan edir ki, Almaniya həqiqətən də dərindən sarsılıb, çünki onlar həmişə amerikalılar və britaniyalılara arxalanıblar.

Almaniya Federal hökuməti Merkelin Transatlantik əlaqələrindən üz döndərməsi haqqında yaranmış təəssüratı dağıtmaq istəyir. Hökumət nümayəndəsi Ştefan Zayberqin sözlərinə görə, Merkel Transatlantik ittifaqının dərin etiqadlı tərəfdarıdır.

Almaiyanın “CDU” partiyasından olan ekspert Norbert Ryötqen Tramp dönəmindəki Transatlantik münasibətlərinin vacibliyini qeyd edib. Ryötqen söyləyib ki, ABŞ və Avropa arasında dəyərlər və maraqların dərin uyğunluğu mövcuddur. Röytqen deyib: ”Tramp ABŞ demək deyil, o, sadəcə olaraq, hazırda prezident səlahiyyətlərini icra edir. Biz bu alyansa daha çox Avropa vahidliyi, böyük iradə və fəaliyyət imkanları gətirməliyik. İlk növbədə bunu Almaniya etməlidir, çünki biz mühüm cavabdehliyimizlə Avropada xüsusi yer tuturuq”.

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib: ”Ətraf mühitin müdafiəsinə kifayət qədər diqqət yetirməyərək, iqlimdə baş verən dəyişikliyi sürətlədirən, hərbi münaqişə zonalarına daha çox silah satan, dini münaqişələrin siyasi həllini arzulamayan bir adam Avropadakı sülhü təhlükəyə atır. Tramp administrasiyası iqlimin qorunması ilə bağlı müqaviləni ləğv etmək, böhran bölgələrinə silah yollamaq və müəyyən dini etiqadlara malik insanların Amerikaya girişinə qadağa qoymaq istəyir. Əgər biz avropalılar bu gün buna qarşı çıxmasaq, onda Avropaya qaçqın axını irəlidə də artacaq. ABŞ-ın bu cür siyasətinə qarşı çıxmayanlar, onların şəriki olurlar”.

- Özgənin əməyindən bəhrələnmək

Bu, Almaniyanın nə vaxtsa “böyük qardaşı” adlandırılan ABŞ-a qarşı, müstəqilliyə doğru atdığı heç də ilk addımı deyil. 2002-ci ildəki seçki kampaniyası zamanı, o zamankı federal kansler Herhard Şröyder İraq müharibəsinə “yox” demişdi.

Müstəqillik istəyinin artması əlaməti Avropa Birliyində də var. Avropa Parlamentindəki Almaniya təmsilçiləri AB daxilindəki kollektiv təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xüsusi təkid göstərirlər. Parlamentin vitse-prezidenti Aleksandr Qraf Lambsdorff deyib: ”On illilklər ərzində ABŞ bizim sabitliyimizə pul yatırıb, ciddi hadisə zamanı onların bizim əvəzimizə əllərini oda atacaqlarına adət etmişik”.

Bu dövrlər geridə qalıb. İndi Avropa istehlakçıdan dayanıqlı istehsalçıya çevrilməlidir. Analoji fikirləri parlamentdəki Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber də söyləyib. O, deyib: ”Avropa gələcəkdə özü özünü müdafiə etmək qabiliyyətində olmalıdır. Biz avropalılar hədsiz uzun müddət amerikanların sinəsində dincəlmişik. Artıq hərbi sferada o qədər güclü olmalıyıq ki, kimsə bizə meydan oxuya bilməsin.”

(“Rheinisch Post” -Almaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar