MƏHƏRRƏM ƏLİYEV DƏ POSTUNU İTİRDİ - Yeni təyinat olacaqmı?

Azərbaycan Prezident Administrasiyasının yeni strukturu təsdiqlənib və administrasiyanın bəzi vəzifəli şəxsləri yeni strukturda yer almayıb. Struktur dəyişikliklərindən sonra postunu itirən şəxslərdən biri də Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

"AzPolitika" xatırladır ki, polis generalı M.Əliyev bir neçə il diplomatik fəaliyyətdən sonra bu vəzifəyə təyin olunmuşdu.

M.Əliyevin yeni vəzifə təyinatlarından kənarda saxlanılmasını bəzi məsələlərə görə gözlənilməz hesab etmək olar. İstisna deyil ki, bu gün vəzifəsini itirdikdən bir neçə saat sonra yeni vəzifəyə - Dillər Universitetinin rektoru postuna təyin olunan Kamal Abdulla kimi, M.Əliyev də digər bir vəzifəyə təyin olunsun. Lakin bir məsələ maraqlıdır ki, bu təyinatlardan M.Əliyevin birbaşa tabeçiliyində çalışdığı Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev də kənarda qalıb və ehtimala görə, onun "vurulmasının" Ordudakı son proseslərlə bağlılığı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar