82 yaşlı kişi özünü güllələdi - Bakıda

Bakıda 82 yaşlı kişi özünü ürəyindən güllələyib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində yaşayan 1935-ci il təvəllüdlü Hacıyev Arif Əli oğlu məktub yazaraq evdə həyat yoldaşının yanında odlu silahdan ürək nahiyəsinə atəş açaraq özünü güllələyib.

A.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

A.Hacıyev məktubunda uzun sürən xəstəliyinə dözə bilmədiyini və bu səbəbdən intihara əl atdığını yazıb.

Fakt bağlı Sabunçu Rayon Prorkurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar