Savçenko Ukrayna legionu yaradılmasını təklif edir - Xaricdə döyüşmək üçün

savcenkoAzPolitika.info Ukrayna KİV-nə istinadla xəbər verir ki, ukraynalı deputat Nadejda Savçenko bəyan edib ki, Ukrayna - Rusiya ilə döyüşmüş ölkədir və onun belə təcrübəsi azdır. Dünyada həmişə qaynar nöqtələr olduğu üçün legionlara böyük tələbat da olacaq.

Onun fikrincə, Ukrayna legionunun və özəl hərbi şirkətlərin yaradılması posthərbi sindromun öhdəsindən gəlməyə kömək edərdi («News One»).

Savçenko hesab edir ki, Ukrayna legionunun üzvləri Donbasda müharibə qurtarandan sonra da legionda qulluq keçə bilərlər və beləliklə özlərini dolandırarlar. Onun fikrincə, adi həyata qayıda bilməyəcəyini anlayan ukraynalı hərbçilər legionda «öz təcrübələrini tətbiq edə və özlərinə pul, dövlətə isə ad-san qazana bilərlər».

Savçenko eyni zamanda, ölkədə özəl hərbi şirkətlərin yaradılması təşəbbüsünü irəli sürüb və bəyan edib ki, uyğun təcrübə «müharibə sindromunun nəticələri»ndən yaxa qurtarmağa kömək edə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar