Maşallah Əhmədov hadisə yerinə gətirildi

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə hadisə yerində mərmər daşlara baxış keçirilib.

Lent.az-ın məlumatına görə, baxış "Sahil" MTK-nın inşa etdiyi binada keçirilib. Baxışda Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiya prokuror, onun vəkilləri, zərərçəkmiş Yusif Əzizov iştirak edib.

Məhkəmənin qərarına görə, Maşallah Əhmədovun özü baxışda iştirak edib. Maşallah Əhmədov konvoy vasitəsi gətirilib və birbaşa binanın içərisinə keçirilib.

Binanın qarşısında zərərçəkmiş Yusif Əzizov hakimə arayış verib. O, aqlay daşları, onların ölçüləri və qiyməti barədə danışıb. Sonra tərəflər binanın üzlüyünə və pilləkənlərə vurulan mərmər daşlara baxış keçiriblər.

Həmçinin binanın qarşısında baxış keçirən hakimlər jurnalistlərin çəkiliş aparmağa imkan verməyib.

Maşallah Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, baxış zamanı daşların ağ olması da müəyyən edilib: "Amma zərərçəkmiş iddia edirdi ki, mərmərlər qara daşlardır. Belə olan halda ittihamın mahiyyəti də, dəymiş ziyanla bağlı məbləğ də dəyişəcək”.

Proses iyunun 6-da davam edəcək.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar