PKK Türkiyədə hərbi vertolyot qəzasına görə məsuliyyəti üzərinə götürüb

PKK terror təşkilatı Türkiyəni Şırnak vilayətində mayın 31-də hərbi vertolyotun qəzaya uğramasına görə məsuliyyəti üzərinə götürüb.

"Report"un məlumatına görə, bu barədə "Agence France-Presse" xəbər yayıb.

Türkiyə Ordusu Baş Qərargahının məlumatına görə, "Cougar" vertolyotu Şenoba şəhərindən səmaya qalxıb və 3 dəqiqə sonra qəzaya elektrik xəttinə toxunaraq qəzaya uğrayıb. İnsident nəticəsində 13 hərbçi həlak olub.

Xatırladaq ki, PKK təşkilatı 1984-cü ildən Türkiyədə terror aktları, hücumlar təşkil edir. Terrorçuların müxtəlif əməliyyatları nəticəsində 40 mindən çox insan həlak olub. 2015-ci ilin iyulunda terrorçular Türkiyənin ayrı-ayrı vilayətlərinə hücumlarını yeniləyiblər. Nəticədə minlərlə türk hərbçisi, habelə 1000-ə qədər dinc sakin həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar