Təqdim ediləcək yeni “Apple” qurğuları məlum olub

İyunun 5-də proqram tərtibatçıları üçün ənənəvi illik “WWDC 2017” konfransı işə başlayacaq. Ənənəyə görə, “Apple” şirkətinin “iOS”, “macOS”, “watchOS” və “tvOS” daxil olmaqla bütün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi gözlənilir.

Həmçinin bu il konfransda yeni qurğuların nümayişi nəzərdə tutulur. ABŞ istehsalçısı “Siri” səsli köməkçi funksiyası üçün yenilənmə və “Amazon Echo” və “Google Home” kimi qurğulara bənzər “ağıllı” evin mərkəzi olacaq “ağıllı” kolonka hazırladığı barədə də məlumat yayılıb. Digər “Apple” qurğuları haqqında informasiya isə şirkətin saytının rus versiyasında yerləşdirilib.

AzərTac xəbər verir ki, “Apple”ın saytında A1289, A1347, A1418, A1419 və A1481 nömrəli “macOS Sierra” sisteminin idarəetməsi ilə işləyən beş yeni kompüter modeli barədə məlumat yer alıb. Bunun yenilənmiş “MacBook Pro” (13 və 15 düymlü versiyalar), 12 düymlü “MacBook” və “MacBook Air” qurğularının olması ehtimal edilir.

Bundan başqa, saytda A1843 model nömrəsi ilə yeni simsiz klaviatura haqqında informasiya qeyd edilib. Onun ötən il buraxılan “MacBook Pro” noutbuklarında olduğu kimi, “Touch Bar” sensorlu ekranla təchiz ediləcəyi gözlənilir. Saytda, həmçinin A1671, A1709, A1670 və A1701 model nömrəli dörd planşet kompüter barədə məlumatlar var. Bu isə 10,5 düymlü yeni “iPad Pro” planşetinin təqdimatı və istehsal xəttinin yenilənməsi ilə bağlı şayiələri təsdiq edir.

Təqdimatların iyunun 5-i axşam saatlarında keçirilməsi planlaşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar