"Rusiya Ermənistanı müasir silahlarla təchiz etmir"

Qarabağ münaqişəsi zonasında sabitlik naminə status-kvonun qorunub saxlanması çətin və təhlükəli işdir. Belə ki, tərəflərdən biri işlərin gedişindən məmnun qalmazsa, qarşı tərəfi təzyiq, təhdid altında qoyacaq və yenidən müharibə riski yaranacaq. Virtualaz.org xəbər verir ki, bunu 168.am portalına müsahibəsində rusiyalı jurnalist və analitik Vadim Dubnov deyib.

“Düşünürəm ki, 2016-cı ilin aprelində olduğu kimi, status-kvo getdikcə daha tez-tez mübahisə obyektinə çevriləcək. Buna görə də, vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması perspektivini görmürəm”, - o bildirib.

Bununla belə, ekspertin fikrincə, Moskva hər iki tərəfi silahlandırmaqda davam edir. Dubnovun fikrincə, Moskvanın tərəfləri silahlandırması işində siyasi deyil, iqtisadi maraqlar öndə gəlir: “Lakin hərbi əməliyyatların baş verdiyi münaqişə zonasına silah satışı cinayətkar biznesdir. Axı Rusiya həm də sülh danışıqlarının vasitəçisidir. Bu səbəbdən də Moskvanın rolu birmənalı deyil və dramatikdir”.

Dubnovun sözlərinə görə, Azərbaycana müasir silahların satışından Rusiya pul qazanır. “Ermənistanın pulu kifayət qədər deyil. Buna görə də, Yerevan o qədər müasir olmasa da, daha böyük həcmdə silah alır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar