Tovuz sakini qatarın altında qalıb

Böyük Kəsik-Bakı qatarı Tovuzun Aşağı Quşçu kəndi ərazisində çobanı vuraraq öldürüb.

"AzPolitika" xəbər verir ki, bu barədə Axar.az-a Aşağı Quşçu kəndinin icra nümayəndəsi Ruslan Sadıqov məlumat verib. Onun sözlərinə görə, dəmiryol xəttinin ətrafında mal-qara otaran çoban Xasoy Əziz oğlu Əşrəfov ehtiyatsızlıq edib və sərnişin qatarının altına düşüb. Az öncə baş verən hadisə zamanı qatar həmçinin bir inəyi də vurub.

Hazırda qəza ilə bağlı qatarın hərəkəti dayandırılıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının nümayəndələri araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar