«Staffan de Mistura Rusiyaya gələcək» - Rusiya XİN

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (RF XİN) Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Misturanın gələn həftə Rusiyaya səfərə gələcəyini anons edib.

Bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Xəbəri «TASS» agentliyi yayıb.

«Gələn həftə BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi bizdə olacaq. Onunla Astana prosesi üzrə intensiv məsləhətləşmələr aparacağıq» - Boqdanov bildirib.

Onun sözlərinə görə, danışıqlar çərçivəsində Suriya üzrə Astana və Cenevrə görüşlərinin müzakirəsi planlaşdırılır: «Ümumilikdə, Suriyada vəziyyətin inkişafını, onun ətrafında cərəyan edənləri, hərbi əməliyyatların dayandırılması rejiminin möhkəmləndirilməsini, «İslam dövləti» və «Cəbhət ən-Nursə» timsalında terrorçuluqla mübarizəni» müzakirə edəcəyik».

Boqdanov onu da bildirib ki, Moskva iyunun ortalarında, «Astana formatı»nda Suriya üzrə yeni görüşün çağırılmasını təklif edir.

«Hazırda təmaslar gedir. Düşünürəm ki, tezliklə Astanada növbəti görüş olacaq. Biz, iyunun ortalarına təklif edirik - vaxtın dəqiqləşdirilməsi üçün təmaslar gedir. Prinsipcə, bizim təklifimiz var, yaxşı ki, bizim Qazaxıstanlı dostlarımız bu görüşü növbəti dəfə yüksək səviyyədə qəbul etməyə hazırdırlar» - deyə, Rusiyalı diplomat qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar