Elmar Məmmədyarov Kosta Rikanın prezidenti ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfəri çərçivəsində Kosta Rika Respublikasının prezidenti Luis Gilyermo Solis tərəfindən qəbul edilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmar Məmmədyarov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, xüsusilə son dövrlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı baxımından əlamətdar olduğunu bildirib və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlər mübadiləsinin xüsusi önəm daşıdığını vurğulayıb.

Azərbaycanda son illər iqtisadi, sosial və maliyyə sahəsində həyata keçirilmiş islahatlar, əlverişli biznes mühiti barəsində prezident Luis Gilyermo Solisi məlumatlandıran E.Məmmədyarov iqtisadi-ticarət, turizm, enerji, logistika, gəmiqayırma sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb. O həmçinin Kosta Rikanın “ASAN viza” sistemində daxil edilməsinin Kosta Rikadan ölkəmizə turist axınına təkan verəcəyinə ümidvar olduğunu deyib.

Azərbaycanın uğurlu inkişaf strategiyasının təqdirəlayiq hal olduğunu deyən prezident Luis Gilyermo Solis ölkəsinin Azərbaycanla müxtəlif əməkdaşlıq sahələrində münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar