Almaniyada terror həyəcanı - Rok-festival dayandırıldı

Almaniyanın Nürburq şəhərində məşhur Rock am Ring rok-festivalının tamaşaçıları terror təhlükəsi ilə əlaqədar təxliyə edilib.

APA-nın məlumatına görə, bu barədə konsertin təşkilatçıları “Feysbuk” sosial şəbəkəsində bildiriblər.

“Polis terror təhlükəsi ilə əlaqədar festivalı dayandırmağı tövsiyə edib. Biz bütün tamaşaçıları festivalı tərk etməyə xahiş edirik. Ümid edirik ki, festival sabah davam edəcək. ”, məlumatda deyilir.

Rock am Ring – Avropanın ən irimiqyaslı musiqi festivallarındandır. Bu il festival iyunun 2-dən 4-dək keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar