İran hücuma keçdi

150 nəfərlik Əl-Qüds hərbi birləşməsi İraqa göndərildi

İran Mosulu işğal edən İŞİD-ə qarşı mübarizəyə başlayıb. ANS PRESS-in məlumatına görə, İran İŞİD-lə döyüşmək üçün 150 nəfərlik Əl-Qüds hərbi birləşməsini İraqa göndərib. Bu barədə məlumat “The Times” qezetində yer alıb. Bu hərbi birləşmənin Tikrit və Mosulda döyüşən İraq ordusuna dəstək olacağı bildirilir.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar