Aİ Ukraynaya 50 milyon avro göndərəcək - Donbasın bərpası üçün

DonbasAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) Donbasda infrastrukturun bərpası və humanitar proqramların reallaşdırılması məqsədilə Ukraynaya 50 milyon avro vəsait ayrılması məsələsini müzakirə edir.

Ukrayna Ali Radasının saytında xəbər verildiyi kimi, bu barədə Aİ-nın qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Yohannes Xan Donetsk vilayətinə səfəri zamanı danışıb. O, dəqiqləşdirib ki, pullar Mariupolun inkişafına, xüsusilə, istehsala, arqrosənaye və turizm sektorlarına, eləcə də iş yerlərinin açılmasına yönəldiləcək.

Ukrayna Baş nazirinin müavini Gennadi Zubko isə öz növbəsində, Aİ-nın maliyyə yardımını «gerçəkdən qiymətsiz» kömək adlandırıb.

Son illər Avropa komissiyası Kiyevə 400 milyon avroya yaxın vəsait verib. Bunun bir hissəsi Donbas üzrə humanitar layihələrin həyata keçirilməsinə yönəldilib.

Göründüyü kimi, Rusiya Ukraynanın şərqini dağıdır, Avropa İttifaqı isə bərpa etməyə çalışır. Görək, proses nə qədər davam edəcək...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar