DİN-in rəsmi veb saytında yeni informasiya resursu yaradılıb

Son dövrlər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində tabelikdəki orqan və hissələrin fəaliyyətinin daha da təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması, habelə vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirilir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

Bu ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar