Bu ilin ilk 4 ayında ölkəyə 100 min dollarlıq qırmanc gətirilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 99 170 ABŞ dolları dəyərində adi və gündən qoruyucu çətir, çəlik, çəlik-oturacaq, qırmanc, minik atları üçün qamçı və onların hissələri idxal edilib.

“Report”a Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 320 dollar və yaxud 14,19% çoxdur.

Hesabat dövründə Azərbaycandan həmin məhsulların ixrac dəyəri isə 210 dollar təşkil edib. Bu da 1 il əvvələ nisbətən 420 dollar və yaxud 3 dəfə azdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar