İordaniyada silahlılar hərbçilərə hücum edib: ölənlər və yaralanan var

İordaniyada, Suriya ilə sərhəddə 3 silahlı şəxs motosikletlə hərbçilərin mövqeyinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Rukban yaxınlığında, on minlərlə suriyalı qaçqının yaşadığı yerdə baş verib. Hərbçilərlə atışma zamanı silahlılar öldürülüb.

İordaniyanın "Hala Akhbar" saytının xəbərinə görə, atışma zamanı həmçinin ordunun bir əsgəri də yüngül yaralanıb.

İordaniya hökuməti hesab edir ki, Rukbanda terrorçular yaşayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar