Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.

Şəxsiyyəti hələlik məlum olmayan piyada yolu keçmək istəyən zaman "Range Rover" markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət almış piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar