"RUSİYANIN NATO-ya ÜZV OLMASINI TƏKLİF ETMİŞDİM!" - Putindən sensasiyalı açıqlama

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, sən demə, vaxtilə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin NATO-ya üzv olmasını Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Bill Klintona təklif edibmiş.

Rusiya Prezidenti özü bu barədə amerikalı kinorejissor Oliver Stouna verdiyi müsahibədə söhbət açıb.

Putinin sözlərinə görə, o zaman Klinton buna etiraz etmədiyini bildirib. Ancaq amerikalı nümayəndələrin bundan bərk əsəbləşdiyi Rusiya liderinin nəzərindən qaçmayıb.

Ümumiyyətlə, NATO-dan danışarkən, Putiin bu təşkilatı «ABŞ-ın xarici siyasət aləti» adlandırıb və qeyd edib ki, alyansda müttəfiqlər yox, yalnız vassallar var.

Oliver Stounun Vladimir Putin haqqında çəkdiyi film «Şou taym» kabel kanalı ilə iyunun 12-15-də nümayiş etdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar