Goranboyda ağır qəzada yaralanan 6 nəfərin kimliyi məlum olub

Goranboyda baş verən ağır yol qəzasında yaralananların kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yol qəzası Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsindən keçən hissəsində baş verib.

Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əliyev Vüqarın idarə etdiyi “VAZ 21015” markalı avtomobillə 1982-ci il təvəllüdlü, Goranboy rayonu, Qaradağlı kənd sakini Mövlayev Borisin idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, həmçinin “VAZ 2106”-da olan sərnişinlər, Qaradağlı kən sakinləri, 1995-ci il təvəllüdlü Mövlayeva Sveta, 2006-ci il təvəllüdlü Mövlayeva Əfsanə, 2009-cu il təvəllüdlü Mövlayeva Aysel və 1985-ci il təvəllüdlü Cəfərov Mürvət müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Mövlayeva Əfsanə və Mövlayeva Ayselin vəziyyəti normal, digərlərinin ki orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar