İraq ordusu Mosulun 2 rayonunu terrorçulardan azad edib

İraq ordusu Mosul şəhərinin 2 rayonunu – Qüds və Təhrir rayonlarını terrorçulardan azad edib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İraq Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Xani əl Muin bildirib. Onun sözlərinə görə, terrorçuların əsas mövqelərinə hava zərbələri endirilib. “Əl Manar telekanalının məlumatına görə, “İraq Şam İslam dövləti” qruplaşmasının silahlıları tələsik şəhəri tərk etməyə başlayıb.

Məlumata görə, İraq ordusu aviasiyanın dəstəyi ilə dörd istiqamətdən Mosul şəhərinin aeroportuna hücuma keçib.

Bundan başqa, ordu qüvvələri Əl Kərəm şəhəri yaxınlığında terrorçuların hücumunu dəf edə biliblər. “İraq Şam İslam dövləti”nin dəstələri həmçinin Samarra, Tikrit və Bəəkübə şəhərlərindən çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar