İŞİD 4500 İraq əsgərini əsir götürdü - Mosulda şəriət qaydaları -VİDEO

İŞİD-in İraqda əsir götürdüyü 4500 əsgərin olduğu görüntülər dünyanı lərzəyə salıb.İraqın Tikrit şəhəri yaxınlığında əsir götürülən əsgərlər nəzarət altında harasa aparılır.

Qaçmağa çalışan İraq əsgərlərinin Tikritdən 15 kilometr uzaqlıqda əsir götürüldükləri bildirilir.

Həmin görüntülər aşağıda təqdim edilir.

Bu arada “İraq və Şam islam Dövləti” terrorçu qruplaşması ələ keçirdikləri İraq şəhərlərinin sakinləri üçün davranış qaydaları tətbiq edib.

Lent.az-ın “BBC”-yə istinadən verdiyi məlumatına görə, yeni qaydalara əsasən, bütün müsəlmanlar gündə 5 dəfə məsciddə namaza qılmalıdır. Siqaret çəkmək və spirtli içkilər içmək yasaqlanıb. Yerli polisə və hərbçilərə İŞİD-a təslim olmaq əmri verilib. Əks halda onları öldürəcəkləri ilə hədələyiblər.

Qadınlar “ləyaqətli” geyinməli, evdən yalnız ciddi ehtiyac duyulduqda çıxmalıdır.

Xatırladaq ki, iyunun 10-da bu terrorçu təşkilat Mosul və Tikriti ələ keçirib. Bu basqın nəticəsində on minlərlə dinc sakin ev-eşiyindən didərgin düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar