Putin İbrahimbəyovun vətəndaşlıqdan imtina müraciətini qəbul etmədi

Rusiya prezidenti Vladimir Putin Rusiya vətəndaşlığına qəbul olunmaq istəyən əcnəbi vətəndaşların müraciətinə baxıb və bununla bağlı fərman imzalayıb.

Modern.az saytının xəbərinə görə, Putinin 30 sentyabr 2013-cü il tarixində imzaladığı 756 saylı “Rusiya Federasiyası vətəndaşlığına qəbul haqqında” fərmanına uyğun olaraq vətəndaşlıq məsələləri ilə bağlı müraciətlərə baxılıb. Ümumilikdə müxtəlif xarici ölkələrdən Rusiya prezidentinə müraciət etmiş 24 əcnəbiyə Rusiya vətəndaşlığı verilib.

Bu fərmanda Rusiya vətəndaşlığından imtina etməklə bağlı müraciətlərə cavab yoxdur.

Nəticədə Azərbaycan müxalifətinin - Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması haqqında V.Putinə göndərdiyi müraciətə yenə baxılmayıb və kinodramaturq qonşu ölkənin vətəndaşlığında qalıb.

Rusiya qanunlarına görə, vətəndaşlığa qəbul və ondan çıxarılma ilə bağlı məsələlər barədə qərarı prezident qəbul edir. Bunun üçün Prezident yanında Vətəndaşlıq məsələləri üzrə Komissiya yaradılıb. Rusiya qanununa görə, vətəndaşlıqdan imtina edilməsi ilə bağlı ərizə müvafiq quruma baxılmaq üçün təqdim olunan gündən qəbul edilmiş sayılır. Ərizəyə baxılma müddəti iki aydır. Bu müddət ərzində ərizəyə baxılmalıdır.

Milli Şura sədri Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxma üçün hələ iyul ayında rəsmi müraciət etdiyini bildirmişdi.

Putinin son fərmanında yalnız bir nəfər Azərbaycan vətəndaşına –1989-cu ildə Bakıda anadan olmuş 24 yaşlı Sergey Sorokinə Rusiya vətəndaşlığı verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar