Türkiyə də Qətərlə münasibətləri dayandırır?

Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 7 ölkənin Qətərlə diplomatik münasibətləri dayandırmasından sonra Türkiyənin hansı addımı atacağı böyük maraqla gözlənilir.

Axar.az xəbər verir ki, türkiyəli politoloq Doğu Ərgil rəsmi Ankaranın hər hansı bir tərəfdə durmamalı və heç vaxt da bu ölkələr arasında seçim etmək məcburiyyətində qalmamalı olduğunu bildirib.

"Türkiyə Suriya böhranında Səudiyyə Ərəbistanı və Qətərlə yaxın təmaslar qurub. Bu səbəblərdən dolayı da bu münaqişə iki ölkə arasında olan bir məsələdir. Türkiyə bu prosesdə heç bir rol oynamamlıdır. Qətər kiçik bir ölkədir və ərazisində yerləşən Amerika bazalarından başqa çox böyük bir güc yoxdur. Səudiyyə Ərəbistanı isə sünnilər arasında faktiki liderliyini qoruyur. Bu səbəbdən güclü bir mövqeyi var. Türkiyə Səudiyyə Ərəbistanı il münasibətləri korlamağa yol verməz", - Ərgil qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar