“PKK ilə mübarizədə Almaniya Türkiyə ilə səmimi davranmır”

“Türkiyə hökumət özü alman əsgərlərini İncirlikdən çıxarmalı idi”.

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, bu barədə agentliyə açıqlamasında Gaziantep müstəqil millət vəkili Ümid Özdağ deyib.

APA-nın “Ziqmar Qabrielin bu gün Ankarada Mövlüd Çavuşoğlu ilə görüşündən sonra Almaniya öz əsgərlərini “İncirlik” hərbi bazasından çıxarmağı qərarlaşdırıb. Bu vəziyyət Türkiyə-NATO və Türkiyə-Almaniya münasibətlərinin gələcəyinə necə təsir göstərəcək?” sualını cavablandıran Ü.Özdağ deyib: ”Bunun Türkiyə-NATO və Türkiyə-Almaniya münasibətlərinin gələcəyinə əsaslı şəkildə təsir göstərəcəyini düşünmürəm”.

Millət vəkili qeyd edib ki, PKK terror təşkilatı ilə mübarizə sahəsində Almaniya Türkiyəyə qarşı səmimi davranmır: “Odur ki, hökumət əvvəlcədən addım ataraq alman əsgərlərini oradan çıxarmalı idi. Türk torpaqlarında yerləşən hərbi bazadan Almaniya təyyarələri havaya qalxıb Suriyadan İŞİD, PKK, PYD/YPG terror təşkilatları barədə kəşfiyyat materialları toplayır, özü istədiyi kimi istifadə edir, Türkiyəyə lazım olan heç bir məlumatı vermir. Bu vəziyyətdə almanların “İncirlik” bazasında qalmaları hansı müttəfiqliyə uyğun gəlir? Getmələrinin Türkiyəyə heç bir zərəri olmaz”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar