ABŞ-ın Orlando şəhərində 5 nəfəri öldürən şəxsin adı açıqlanıb

ABŞ-ın Orlando şəhərində 5 nəfəri öldürən şəxs keçmiş hərbçi olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Oranc dairəsinin şerifi Cerri Deminqs bildirib.

“Şübhəli şəxsin adı Con Robert Nyumandır. 1972-ci il təvəllüdlü Nyuman ABŞ Silahlı Qüvəlləri Quru Qoşunlarının veteranı olub”, deyə C.Deminqs qeyd edib.

O, həmçinin ölənlərdən 3-ün adlarını açıqlayıb. Daha iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.

Qeyd edək ki, bu gün ABŞ-ın Orlando şəhərində (Florida ştatı) “Flamma” şirkətinin ofisində 5 nəfər odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Daha sonra cinayətkar özünü öldürüb. Hadisənin terror aktı olmadığı, şəxsi münaqişə zəminində törədildiyi müəyyənləşib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar