RUSİYANIN GƏLƏCƏYİNƏ TƏSİR EDƏN 5 ÖLKƏ – Onlar hansılardır?

Bu gün Rusiya və Qərbin mürəkkəb münasibətləri haqqında çox yazılır və danışılır. Əlbəttə ki, bu yazılanların bir əsası var. Lakin hələ ki, Rusiya prezidenti Vladimir Putin ABŞ və Avropa ilə oyun oynamaqla, Suriya və İranla özünün dumanlı alyansını saxlamağa cəhd edirsə, biz Rusiyanın gələcəyinə bilavasitə təsir göstərən digər ölkələri yaddan çıxarmamalıyıq. Başlıca diqqəti beş ölkəyə vermək lazımdır.

- Çin

Gəlin bəlli şeydən başlayaq. 2014-cü ildə Ukrayna böhranından sonra Rusiya hesab edirdi ki, üzünü şərqə - Çinə tərəf çevirmək onun Qərblə bağlı investisiya və ticarət əlaqələrini kompensasiya etməyə imkan verəcək.

Bəzi dəyərləndirmələrə görə, ABŞ və Avropa Birliyi tərəfindən Rusiyaya tətbiq olunmuş sanksiyalar və buna cavab kimi Rusiyanın da onlara qarşı əks sanksiyaları, yalnız birinci ildə Rusiya Ümumi Daxili Məhsulunun (ÜDM) 1-1,5% geriləməsinə səbəb olub. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, ortamüddətli perspektivdə Rusiya daha 9% itirə bilər. Hərçənd ki, Çin həqiqətən də bəzi Rusiya layihələrini maliyyələşdirməyə razılaşmışdı (2016-cı ilin birinci yarısında Çinin Rusiyaya yatırdığı investisiyanın həcmi 172 % təşkil edib), lakin bu Qərb tərəfindən qoyulmuş sanksiyaların yerini kompensasiya etmək üçün yetərli olmadı. Vəziyyət bir də ona görə pisləşir ki, Çin Krımın Moskva tərəfindən ilhaq edilməsinin qanuniliyini tanımayıb. Amma əslində Moskva bunu heç gözləmirdi də.

Buradakı məqsəd belədir: Çin Moskva ilə müqavilələr imzalamaqda davam edir, lakin o, Rusiyanın geosiyasi oyunlarında iştirak etməyəcək. Əgər ruslar məcbur qalıb Pekinə daha uyğun şərtlər və qiymətlər təklif edərsə, onda Çin Rusiya ilə öz işgüzar əlaqələrini sevinclə genişləndirər. Hazırkı qlobal status-kvo Çin üçün əlverişlidir və bu səbəbdən də Pekin istəyir ki, belə bir vəziyyət mümkün qədər daha çox saxlanılsın. Rusiya isə, dünyadakı vəziyyətin dəyişilməsini istəyir. Digər tərəfdən Çin ilə Rusiya Mərkəzi Asiyada təsir uğrunda rəqabət aparırlar. Ona görə də, yaxın zamanlarda Rusiya və Çinin dost olacağını gözləməyə dəyməz. Ümumiyyətlə isə, onlar bəlkə də heç vaxt dost olmayacaqlar.

- Yaponiya

Rusiya artıq uzun illərdir ki, Yaponiya ilə əlaqələri möhkəmləndirməklə məşğuldur. Moskva ümid edir ki, Yaponiyanın Rusiyaya yatıracağı sərmayələr və yapon texnologiyasının sənayeyə tətbiqi və təcrübəsi ona geniş imkanlar aça bilər. Bir çox sferalarda bu artıq baş verir (xüsusən də enerji və avtomobil sənayesində). Bu proseslərin miqyası Kremlin nəzərdə tutduğu səviyyəyə çatmayıb.

Gələcək Rusiya-Yaponiya münasibətlərinə baxarkən, əsas diqqətin tarix və geosiyasətə verilməsi vacibdir. Tokio və Moskva Kuril adalarının statusu barəsində mübahisəni davam etdirirlər və hər iki ölkə Sakit okeandakı bu adalar qrupuna iddialıdır.

Rusiya və Yaponiya öz aralarındakı müharibənin sona çatması barəsində hələ indiyədək sülh müqaviləsi imzalamayıblar. Onu da unutmaq lazım deyil ki, Yaponiya indi Asiyada çox mürəkkəb geosiyası vəziyyətlə qarşılaşıb. Çinin inadkarlığı günbəgün artır, Şimali Koreyanın davranışları isə daha çox aqressiv və qeyri-müəyyən olub. Rusiya bu problemləri həll etmək gücündə deyil.

Amerkadakı hazırkı siyasi xaosa gəldikdə isə, amerikalı hərbçilər indiyədək bu regionda vəziyyətə nəzarət edirlər. Yaponiya ərazisində 54 min ABŞ əsgəri var. ABŞ bu regionda Yaponiyanın başlıca müttəfiqidir. Bu da Rusiyanın Yaponiya ilə yaxınlaşmasının səbəblərindən biri hesab olunur.

- Səudiyyə Ərəbistanı

Rusiya Suriyada göstərdi ki, hələlik ABŞ-ın harasa qorxaraq müdaxilə etmədiyi zaman, o, müdaxiləyə hazırdır. Bu isə Rusiyanın iqtisadi və hərbi qüdrətinin imkanları xaricində olmasına baxmayaraq, onu regionda mühüm oyunçuya çevirir. Rusiya dünyanın ən böyük iqtisadiyyatı siyahısında 12-ci yeri tutur. Amma silahlı qüvvələrə çəkdiyi xərcə görə, o, üçüncü yerdə gedir. Rusiyanın hərbi büdcəsi ABŞ-ın hərbi büdcəsinin 10 %-i qədərdir.

Səudiyyə Ərəbistanı və Rusiya Suriya münaqişəsində əks tərəfləri dəstəkləsələr də, onlar hər iki ölkəyə ciddi zərər vurmuş neftin qiymətinin düşməsinin qarşısını almaq üçün birləşə bildilər. Onlar arasındakı əlaqələrin genişlənməsi mümkündür. Səudiyyə Ərəbistanı şahzadəsi Muhəmməd bin Salman Səudiyyə Ərəbistanı ictimai investisya fondu və Rusiya birbaşa investisiyalar fondu arasında 10 milyard dollarlıq əməkdaşılq sazişınin imzalanmasında mühüm rol oynayıb. Səudiyyə Ərəbistanı ilə münasibətlərin yaxşılaşdırılması Fars körfəzində Rusiyanın təşəbbüslərinin reallaşdırılmasına kömək edir.

Düzdür, hələ ki, səudiyyəlilər Donald Trampı Ağ Evdə görməyə şaddırlar, ancaq gələcəkdə vəziyyətin onlar üçün sərfəli istiqamətdə gedəcəyi barəsində təminatları yoxdur. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, alternativ seçim imkanı onlara sərf edir.

- Türkiyə

Rusiya və Türkiyəni hədsiz rəngarəng liderlər idarə edirlər və hər iki ölkə indi Suriyada baş verən dramatik vəziyyətin əsas iştirakçıları hesab olunurlar. 2015-ci ilin noyabrında Türkiyə Hərbi Hava Qüvvələri, Türkiyə hava sərhəddini pozan Rusiyanın qırıcı-bombardımançı təyyarəsini vurdu.

Buna cavab olaraq, Rusiya Türkiyəyə qarşı ticarət sanksiyaları tətbi etdi, ancaq Türkiyə prezidenti baş vermiş hadisə ilə əlaqədar üzr istədikdən sonra, tərəflər fikir ayrılığını çox tezliklə yoluna qoydular. Rusiya təyyarəsinin vurulmasından təxminən bir il sonra Türkiyə polisinin keçmiş zabiti Ankarada Rusiya səfirini güllələdi.

Bu cür hadisələr müharibəyə gətirib çıxara bilər. Amma hələ ki, Ərdoğan onun hökumətinin ünvanına Qərbdən gələn tənqidləri dinləyirsə, deməli Rusiya və Türkiyənin əməkdaşlıq üçün daha çox stimulları olacaq. Hazırda bu iki ölkə Rusiya qazını Avropaya çatdırmaq üçün “Türk axını” adlandırılan qaz kəmərini işə salmağa çalışır. Türkiyə Suriya münaqişəsi ilə əlaqədar Astanada keçirilən sülh danışıqlarında NATO nümayəndəsi kimi iştirak edir. Lakin Ərdoğan və Putin Suriya prezidenti Bəşər Əsədin gələcəkdə hansı rol oynayacağı barəsində, hələki yekdil bir fikrə gələ bilməyiblər. Suriyadakı kürd ərazisi məsələsi isə, hələ uzun müddət şübhə və inamsızılığın mənbəyi olaraq qalacaq.

- Venesuela

Bu siyahıdakı sonuncu ölkəyə daha az diqqət yetirilir. Venesuela çox ağır dövr yaşayır, onun vətəndaşları Nikolas Maduro hökumətinə qarşı və həm də təməl qida maddələri, dərman çatışmamazlığına etiraz etmək üçün hər gün küçələrə tökülüşürlər.

Venesuelanın dünyada ən böyük neft ehtiyatına malik ölkə olması faktını nəzərə alasaq, onda bunu Latın Amerikasının mərkəzi güclərindən birinin inanılmaz çöküşü adlandırmaq olar.

Ən maraqlısı da məhz buradan başlayır. Venesuelanın dövlət neft şirkəti “PDVSA” “Citgo” enerji şirkətinin də sahibidir. 2016-cı ilin dekabr ayında “PDVSA” Rusiyanın “Rosneft” şirkətindən kredit alıb və bunun əvəzində “PDVSA” “Citgo”–nun böyük payını (49,9%) girov qoyub. Əgər “PDVSA” krediti qaytara bilməsə, onda “Rosneft” bu paya sahib olacaq və bundan sonra çox asanlıqla nəzarət səhmlərinin zərfini ələ ala bilər. Burada neft aktivlərini aşağı qiymətlərlə almağa istiqamətlənmiş strateji oyunla bərabər, ABŞ-ın ən böyük neft emalı müəssisələrindən birinə sahiblənmək ideyası da Putinin xoşuna gəlir. Və bu arzunun həyata keçməsi tamamilə mümkündür.

(“Time”-jurnalı-ABŞ)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar