“Bu təlimat Azərbaycanın mənəvi həyatına təcavüzdür” - İngiltərə əleyhinə sərt bəyanat

“Ədalət”, “Yaşıllar” və "İslam" partiyalarının birləşdiyi “Vətən” Siyasi bloku Böyük Britaniyanın Azərbaycandakı səfirliyində eynicinslilərin nigahının rəsmiləşdirilməsinə icazə verilməsi ilə bağlı sərt bəyanat yayıb. “Azpolitika”nın elektron poçtuna daxil olan bəyanatda deyilir:

“Bəlli olduğu kimi, Böyük Britaniya və Şimalı İrlandiya krallığı bir neçə dövlətlərdə olan səfirliklərinə,o cümlədən, Azərbaycandakı səfirliyinə 03.06.2014 il tarixdən etibarən eyni cinsdən olan adamların nigahının rəsmiləşdirilməsinə təlimat verib. Əfsuslar olsun ki, bu “şərəfə” nail olan ölkələr arasında Azərbaycan yegənə müsəlman dövlətdir. Acınacaqlı odur ki, bu kimi təlimatlar Azərbaycan rəsmilərinin icazəsi olmadan verilə bilməzdi . İmperialist-müstəmləkəçi qüvvələrin onəmli üzvü olan, müxtəlif məmləkətləri əsirlər boyu talayıb cökdürmək üzrə ixtisaslaşmış, İslama garşı müntəzəm olaraq səlib yürüşlərdə aktiv iştirak edən Boyük Britaniyanın məhz Azərbaycanda öz səfirliyinə Yaradan tərəfindən lənətlənmiş əməllərə yol verilməsi ilə bağlı təlimat verməsi təsadufi deyil. Vətənimizin təbii sərvətlərini mənimsəməkdən, ərazi bütövlüyümüzü BMT-də baş verən səsvermə zamanı rəsmən tanımayıb torpaqlarımızı təcavuzkar Ermənistanin xeyirinə rəsmiləşdirməyə cəhddən sonra, hədəf dinimiz, adət-ənənələrimizdir. Təsadufi deyil ki, Boyük Britaniyanın keçmiş xarici işlər naziri, Britaniya parlamentinin üzvü Kris Brayant bu təlimata destək verərək bəyan edib ki, “Britaniya Xarici İşlər Nazirliyinin fəaliyyətinin bir qismi Britaniya dəyərlərinin eksportunu təşkil etməkdir”.

“Vətən” Siyasi Bloku bəyan edir ki, Böyük Britaniya dövlətinin bu qərarı digər dövlətlərin, o cümlədən Azərbaycanın mənəvi həyatına təcavüzdür və min illərlə formalaşan milli-mənəvi dəyərlərin məhvinə yönəlib. İslam dini dəyərləri, xüsusilə ailə dəyərlərini müqəddəs hesab edən ölkələrdə eynicinslilərin nigahının rəsmiləşdirilməsinə dəstək verməklə, Böyük Britaniya həmin ölkələrin sosial dayanıqlılığını və cəmiyyətin tamlığını aradan qaldırmağa cəhd edir və gercək münasibətini ortaya qoyur.

“Vətən” Siyasi Bloku bəyan edir ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, regional təhlükəsizliyin, davamlı iqtisadi inkişafın təhlükədə olduğu bir zamanda Azərbaycan cəmiyyətində vətənpərvər, cəsarətli, imanlı və savadlı gənclərin çoxluq təşkil etməsi vacibdir. Belə gənclər yalnız ailə dəyərlərinin qorunduğu cəmiyyətlərdə ola bilər. Eynicinslilərin həyat və davranışlarının təbliğı, nigahlarının qeydiyyatı Azərbaycanın ailə institutu anlayışına ziddir və qəbul olunmazdir.

“Vətən” Siyasi Bloku xatırlatmağı lazım bilir ki, hər hansı bir xarici ölkənin səfirliyi olduğu ölkənin mənəvi qaydalarına hörmət etmək məcburiyətindədir! Əfsuslar olsun ki, nə dövlət rəsmiləri, nə “Qərb dəyərlərini” təşviq edən siyasi partiyalar, nə Qafqaz Müsəlmanları İdarəsi Böyük Britaniyanın bu məkirli addımına öz etirazını bildirmədi.

“Vətən” Siyasi Bloku Boyuk Britaniyanı bu qərarını qeri almağa, bütün siyasi quvvələri Britaniyanin bu cirkin qərarına qarşı cixmağa cağırır.

12 .06.2014

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar