"BU, AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI SABOTAJDIR!" - İxtirasına əhəmiyyət verilməyən Şaiq Mustafayev

Müasir dövrdə iqtisadiyyatın inkişafı elmi nailiyyətlərdən, yeniliklərdən nə dərəcədə istifadə olunmasından birbaşa asılıdır. İnkişaf etmiş ölkələr bugünkü yüksək inkişaf səviyyəsini məhz elmi kəşflərin, ixtiralarn istehsala tətbiqi sayəsində əldə ediblər. Sovet hakimiyyəti illərində Azərbaycanda da bu sahə diqqət mərkəzində olub. İxtiralardan geniş istifadə olunub. Ancaq müstəqillik illərində iqtisadiyyatın müxtəlif sahələrində yaranmış böhran, istehsal müəssisələrinin dağıdılması ixtiraçıların da, necə deyərlər, əlini-qolunu bağladı.

Bununla belə son illər iqtisadiyyatın inkişafında elmi nailiyyətlərdən istifadə ediləməsinin aktuallaşması innovativ və kreativ düşüncə sahiblərini də ümidləndirib. Onları yeni ixtiralar, kəşflər üzərində işləməyə həvəsləndirib. Mustafayev Şaiq Sərkər oğlu belə şəxslərdən biridir. O, pnevmatik mühərrik ixtira etdiyini, ancaq müvafiq qurumların laqeydliyi ilə üzləşdiyini bildirir. Onun “Azpolitika.info” saytı vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse–prezident Mehriban Xanım Əliyevaya ünvanladığı məktubunu olduğu kimi təqdim edirik:

“Hər kəsə məlumdur ki, innovasiya layihələrə dəyər verən dövlətlər iqtisadi cəhətdən çox güclənirlər. Bizə dost olan İsrail dövləti kimi. Son illərdə 1900-dən çox innovasiya layihəsinə dəstək veriblər. Hətta xarici vətəndaşlara 2 illik viza, ilkin məqsədlər üçün isə təqribən 52 500 $ yardım edirlər. Bizdə isə, bir prototipin düzəldilməsini əngəlləmək üçün, 2+2=4 bərabərliyinin səhv, enerjinin saxlanması qanununa zidd olduğu haqda “rəy” verirlər!!! Hətta bu bərabərlikdə daimi mühərrik əlamətləri tapıblar!!! Bir layihəyə, bir-birini inkar edən üç rəy veriblər. İki ildə etdiyim çoxsaylı müraciətlərə baxmayaraq, bir mühərrikin prototipini düzəltməyə köməklik göstərmirlər.

Cənab Prezident!

Hər müşavirədə innovasiya layihələrə, qeyri-neft sektoruna xüsusi diqqət ayırmağı, köməklik göstərməyi məmurlara göstəriş verirsiniz. Bəzi məmurlar isə bunun tam əksini edirlər. Etdiyim çoxsaylı müraciətlər bunu deməyə əsas verir. 15.03.2016-da Prezident Administrasiyasında cənab Bahid Axundovun qəbulunda oldum. İşsiz olduğumu nəzərə alıb ixtiramın prototipinin düzəldilməsinə Dövlətimizin köməklik göstərməsini xahiş etdim. Sizə müraciət etməyi məsləhət gördülər. 28.03.2016-da Sizə məktubla müraciət etdim. 25 gündən sonra Prezident Administrasiyasından öyrəndim ki, məktubu SOCAR-a göndəriblər. SOCAR-a zəng etdim. Bildirdilər ki, məktub onlardadı, ixtiranı 5-6 mütəxəssisə yoxladıblar, mütəxəssislərin hamısı ixtiraya müsbət rəy veriblər. Ancaq məktubun niyə onlara göndərildiyini anlaya bilmədiklərini bildirdilər. Axı bizim mühərrik istehsal edən zavodumuz yoxdur dedilər. Bu günə qədər məktubuma cavab yoxdur!

29.04.2016-da Alternativ və Bərpa Olunan Enerji Agentliyinə (ABOEA) məktubla müraciət etdim. Bir dəfə dəvət etdilər, ixtiranı bəyəndiklərini, Dövlət Komissiyasına təqdim edəcəklərini bildirdilər. Prototipi hazırlamağa nə qədər vəsait lazım olacağını dəqiqləşdirməyimi xahiş etdilər. Bir neçə gündən sonra vədlərindən imtina etdilər. 27.05.2016 –da yazdığım məktubdan sonra, ABOEA–dən zəng edərək layihəmi müzakirə etdiklərini bildirdilər. Mənim iştirakımı məsləhət bilmədilər, telefonla verdikləri sualları cavablandırdım. Bir neçə gündən sonra ixtiranı Dövlət Komissiyasına təqdim etməkdən imtina etdiklərini bildirdilər. Səbəbini soruşduqda dedilər ki, ixtirada daimi mühərrik əlamətləri olduğuna görə. Əlaməti hansı kriteriya ilə müəyyənləşdirdiklərini əsaslandıra bilmədilər. Məktubuma 4 aydan sonra, 19.08.2016-da məntiqsiz bir cavab yazıblar. Güya ki, mənə (məni görmədikləri halda) hansısa tövsiyələr veriblər!!!

Hörmətli Mehriban xanıma yazdığım məktubla əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (ARİN) dəvət etdilər. Prototipin hazırlanmasına köməklik göstərilməsi üçün rəy lazım olduğunu bildirdilər. Rəy almaq üçün Azərbaycan Texniki Universitetinə (ATU) müraciət etdilər. 30.12.2016-da ARİN-nin əməkdaşını və məni müzakirə üçün ATU-ya dəvət etdilər. Komissiyanın sədri (prorektor) xahiş etdi ki, pnevmatik mühərrik haqqında ətraflı danışım, sonra suallara cavab verim. Mühərrikin işləmə prinsipi haqqında ətraflı danışdım. Verilən sualları cavablandırdım. Kompressor haqqında dəfələrlə verilən suallara cavab olaraq bildirdim ki, vintli kompressordan istifadə daha səmərəlidir. Ona görə ki, vintli kompressor sərf olunan enerjinin 95%-ə qədərini sıxılmış havaya çevirir. Yəni 5% qədər itki ilə işləyir. Komissiya üzvlərinin yeganə iradı o idi ki, bu ixtira enerjinin saxlanması qanununa ziddir. Mən onlara sübut etdim ki, mühərrikin işləmə prinsipi enerjinin saxlanması qanununa tam uyğundur. Mühərrikin FİƏ –nın yüksək olmasına səbəb, germetik kameraya doldurulmuş sıxılmış havanın (qazın) faydalı iş görməsidir. Hətta dahi yunan alimi Aristoteldən sitat gətirdim. Sitat: Enerji elə bir məvhumdur ki, qapalı sistemdə olan enerji, sistem qapalılığını qoruyana qədər o dəyişmir. Fərqli təzyiqlərlə mühərrikin işləməsi zamanı hər porşenə təsir edən qüvvəni hesabladım. Hər dəfə də soruşurdum ki, hesabatda səhv varmı. Hesabatın düz olduğunu təstiqləyirdilər. Müzakirədən sonra prorektor tez bir zamanda rəyi göndərəcəyini bildirdi.

“Rəy”-i aldım. Yazıblar ki, mühərriki daimi olaraq sıxılmış hava (qaz) ilə təmin etmək üçün ona kompressor qoşulmalıdır, bu da mühərriki səmərəsiz edir. Komissiya üzvlərindən (müzakirə vaxtı müsbət rəy bildirən prorektordan başqa) xahiş edirəm ki, aşağıdakı suallara sayt vasitəsilə cavab versinlər və yazdıqları mənfi “rəy”-i riyazi şəkildə əsaslandırsınlar. Əgər yazdığınız “rəy”-i əsaslandırmasanız, onun göstərişlə yazıldığına şübhə qalmayacaq.

1. 6 silindrli mühərrikin FİƏ-nı 0.83% azaldan vintli kompressor mühərriki necə... necə səmərəsiz edə bilər?????

2. Mühərrikin işçi kamerasının həcminin 1/3-ini dolduran sıxılmış havanın 5% itki verməsi mühərriki necə... necə səmərəsiz edə bilər ?????

3. Mühərrikin 30 atm təzyiqlə işləməsinə aid misalın düz olmadığını riyazi şəkildə sübut edin ???

Mehriban xanıma yazdığım məktubu oxumadan belə mənfi “rəy” veribsiniz. Məktuba əlavə etdiyim cizgi və yazıda kompressorun görəcəyi iş haqqında 11 yerdə məlumat yazmışam.

Pnevmatik mühərrikin yüksək FİƏ-na malik olduğunu, vintli kompressorun 5% qədər itki ilə işlədiyini, Dövlətimizin iqtisadiyyatına böyük mənfəət gətirəcəyini bildiyiniz halda mənfi “rəy” verməyiniz AZƏRBAYCAN DÖVLƏTİNƏ qarşı İQTİSADİ SABOTAJDIR!!!

Bu, həm də Cənab Prezidentə və Mehriban Xanıma qarşı böyük sayğısızlıqdır!!!

Mənfi “rəy”-ə aid iradlarımı bildirərək Mehriban xanıma 2-ci məktubu yazdım. ARİN-dən cavab gəldi ki, sizin müraciətinizə əvvəlki məktubda cavab verilib. Vəssalam, qapalı... dairə!!!

Cənab Prezident!

Bu da Sizin göstərişlərinizə, innovasiya layihələrə məmur münasibəti. Bu məktub haqqında da, Sizə və Mehriban xanıma məlumat veriləcəyinə və ya hansısa Dövlət qurumunun köməklik göstərəcəyinə inanmıram. Alim, mütəxəssis və investorlara müraciət edirəm: Əgər bu layihə haqqında irad, rəy və təkliflərinizi bildirmək istəyirsinizsə [email protected] el. ünvanına yazmağı xahiş edirəm.

Məktubuma pnevmatik mühərrikin işləmə prinsipinə aid yazı (ixtisarla), cizgi və “rəy”-i əlavə edirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar