Yəməndə vəbadan ölənlərin sayı 700 nəfərə çatıb

yemenYəməndə tüğyan edən vəba epidemiyası səbəbindən ölənlərin sayı artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalıb və acınacaqlı statistikanı təsdiqləyib.

Belə ki, son statistik məlumata görə, ölkədə 86,4 min vəbaya tutulma faktı qeydə alınıb ki, bunun da 681-i ölümlə nəticələnib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkə ərazisində 24 minə yaxın adamın bu xəstəliyə yoluxma ehtimalının olduğunu bildirib.

Yəmən hakimiyyəti vəba epidemiyası təhlükəsi barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib.

Məlumata görə, yoluxma riskinin yüksək olduğu bölgələrdə ümumilikdə 7,6 milyon adam yaşayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar