«SAĞ QALAN OLMAYACAQ…» - Putin mümkün Rusiya-ABŞ müharibəsi barədə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Showtime» telekanalı Oliver Stounun Rusiya Prezidenti Vladimir Putinlə söhbəti əsasında çəkdiyi 4 seriyalı film barədə bir reklam roliki buraxıb.

Amerikalı rejissor Oliver Stouna müsahibə vermiş Vladimir Putin həmin rolikdə təsdiqləyir ki, Rusiya ilə Amerika Birləşmiş Ştatları (ABŞ) arasında mümkün açıq hərbi münaqişədə sağ qalan olmayacaq.

Stounun 4 seriyalı həmin filmi iyunun 12-15 tarixlərində «Showtime» telekanalında nümayiş etdiriləcək. Premyeradan əvvəl isə iyunun 6-da telekanal film haqqında bir reklam roliki nümayiş etdirib.

Rejissor maraqlanır ki, əgər Rusiya-ABŞ qarşıdurması qızğın hərbi fazaya keçəcəyi təqdirdə, bu savaşdan kim qalib çıxa bilər? «Mən fikirləşirəm ki, sağ qalan olmazdı» - deyə, Putin suala belə reaksiya verib.

Rusiya Prezidenti həm də qeyd edib ki, Moskva ilə Vaşinqton arasında münasibətlərin dəyişəcəyinə ümidini itirmir.

«Ümid hər zaman var - nə qədər ki, bizi «ağ başmaq»da qəbirstanlığa aparmayıblar,..» - deyə, Putin lakonikcəsinə ifadə edib.

«Oho, bu - lap çox rusca oldu!» - deyə, rejissior etiraf edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar