Yasamalda yataqxana binası yanıb - FOTOLAR - VİDEO

Yasamalda məcburi köçkün yataqxanasında baş verən güclü yanğın nəticəsində 6-7 nəfər sakin təxliyə olunub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, onlar binanın 3-cü və 4-cü mərtəbələrindən çıxarılıb və təcili yardıma təhvil veriliblər.

Yasamal İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, icra hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyev və icra hakimiyyətinin qaçqınlarla iş üzrə sektor müdiri Bahadır Nurullayev hadisə yerinə gedib.

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamalda yanan yataqxananın ərazisinə yollanıb. Əli Həsənov yanan binanın sakinlərinin şikayətlərini dinləyir. Komitə sədri bildirib ki, baş verən hadisə ilə bağlı ilkin müzakirələr aparılıb. Ə.Həsənovun sözələrinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə məsləhətləşmələrdən sonra yanğından zərər çəkən ailələrin elə həmin ərazidə quraşdırılacaq müvəqqəti çadırlara yerləşdirilməsi nəzərdə tutulur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Lent.az-a bildirilib ki, məcburi köçkünlərin yataqxanasında baş verən yanğın zamanı 5 nəfər tüstüdən boğulub. Onlardan 4 nəfərə elə yerindəcə ilkin yardım göstərilib, 1 nəfər isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ona da tibbi yardım göstərildikdən sonra buraxılıb.

****

Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

Lent.az-ın hadisə yerində olan əməıkdaşının xəbərinə görə, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir.

Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar