Azərbaycanda Snayper Hazırlığı Mərkəzi istifadəyə verilib

Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən Snayper Hazırlığı Mərkəzində olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, Mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib.

İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar