İŞİD İran parlamentində törətdiyi terrorun VİDEOSUNU YAYDI

İŞİD terror təşkilatı bu gün səhər Tehranda İran parlamentinə silahlı hücumun videosunu yayıb.

APA TV-nin xəbərinə görə, videoda hücumun ilk qurbanlarından birinin meyiti görünür və "Allahu Əkbər" sədaları eşidilir.

Xatırladaq ki, bu gün İran parlamentində, Tehrandakı "İmam Xomeyni" türbəsində və paytaxt metrosunda terror aktları törədilib. Hadisələrə görə məsuliyyəti İŞİD üzərinə götürüb. Terror aktları nəticəsində 33 nəfər yaralanıb. Yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan ikisi xəstəxanada ölüb. Parlamentə hücum nəticəsində 7 nəfər həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar