Niyə İŞİD daha əvvəl Tehranda terror törətmədi?

İŞİD-in Tehranda terror törətməkdə belə imkanı varsa, niyə öncədən belə olaylar yaşanmadı? Mən burada Səddam Hüseynin savaş başlatmasına səbəb olan sünni-şiə məsələsinin yeni çalarlarını görürəm.Axar.az xəbər verir ki, bunu Abdulla Ağar bu gün Tehranda törədilən terror hadisələrini şərh edərkən bildirib.

"İran əleyhinə qüvvələrin çıxışından dərhal sonra Tehranda silahlı insident törədilməsi və daha sonra İŞİD-in hücumun məsuliyyətini üzərinə götürməsi təəccüblüdür. İŞİD-in Tehranda terror törətməkdə belə imkanı varsa, niyə öncədən belə olaylar yaşanmadı? Mən burada Səddam Hüseynin savaş başlatmasına səbəb olan sünni-şiə məsələsinin yeni çalarlarını görürəm. Bu məkanda xaosu həll etmək istəyənlər oradakı ictimai dabanla İŞİD arasına bir izolyator yerləşdirmək məcburiyyətindədir. Buna görə bu izolyasiya qoyulmadan İŞİD-lə mübarizə aparıla bilməz", - Ağar qeyd edib.

Xatırladaq ki, İranda baş verən bugünkü terror hücumlarında 7 nəfər ölüb, 33 nəfər yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar