Azərbaycanın sərhəd bölgəsində zəlzələ olub 

Azərbaycanın Qərb və şimal-qərb bölgəsində - sərhəd rayonlarında təxminən 3 bal gücündə zəlzələ olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar saat 22:30 radələrində respublikamızın Qərb bölgəsində yerləşən bir sıra şəhər və rayonlarda qeydə alınıb.

Zəlzələ əsasən Tovuz, Qazax, Daşkəsən, Goranboy, Şəmkir, Ağstafa və Göygöl rayonlarında, habelə Gəncə şəhəri ərazisində hiss edilib. Qazax rayonunda bəzi yaşayış binalarının sakinləri evlərini tərk ediblər. Zəlzələ Gürcüstanda olduğu üçün yeraltı təkanlar bu ölkəyə ən yaxın olan Qazaxda daha çox hiss edilib. Qazax rayonunda evlərdə rəflərə yığılan qab-qacaqlar, bəzi mağazalarda içki şüşələri rəflərdən aşıb sınıb. Şəhərdə və rayonun Gürcüstana yaxın kəndlərində bəzi sakinlər növbəti zəlzələdən ehtiyat edərək hələ ki evlərinə getməyiblər.

Azərbaycan Milli Elimlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, Qazaxdan 52 kilometr şimal-şərq istiqamətində Gürcüstan ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar