Tehranda terror aktlarını İran əsilli şəxslər həyata keçirib

Tehran şəhərində terror aktlarını həyata keçirənlər İran əsilli olublar.

"Report"un məlumatına görə, bu barədə "Reuters" İranın yerli telekanalına istinadən xəbər verib.

"Terrorçuların şəxsiyyətinə gəlincə, onu qeyd etməliyəm ki, onlar İran vətəndaşları olublar və İŞİD terror qruplaşmasına qoşulublar" – deyə İranın Milli Təhlükəsizlik Şurasının sədrinin müavini Rza Seyfullah bildirib.

Qeyd edək ki, iyunun 7-də Tehranda baş vermiş terror aktlarında 13 nəfər ölüb, daha 43 nəfər xəsarət alıb. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar