Göygöldə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

İyunun 4-də yaşadığı evin pilləkanından yıxılaraq kəllə beyin travması alan 1952-ci il təvəllüdlü Cumaxoca Cabbarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Bir neçə gün müalicə olunan 65 yaşlı kişi bu gün dünyasını dəyişib.

Məlumata görə, C. Cabbarov milliyətcə türkməndir. O 20 il əvvəl Göygöl rayon Üçtəpə kəndində ailə quraraq orada yaşayır.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar