«NATO mövcudluğunu əsaslandırmaq üçün özünə «düşmən» axtarır» - Putin

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Şimali Atlantika Alyansının mahiyyətini özünəməxsus orijinal bir formada izah edib.

Amerikalı rejissor Oliver Stouna verdiyi müsahəbədə Putin deyib ki, öz varlığını əsaslandırmaq üçün NATO «daim xarici düşmən axtarışındadır».

Stounun «Putinin müsahəbəsi» adlanan sənədli filmi 12-15 iyun tarixlərində, 4 epizodda «Showtime» telekanalı ilə nümayiş olunacaq. Müsahibədən epizodlar ingilis dilində «The Daily Beast» nəşri tərəfindən təqdim olunur.

«Daha Şərq bloku yoxdur, daha Sovet İttifaqı yoxdur. O zaman NATO nə üçün mövcuddur? Mənə elə gəlir ki, öz varlığını əsaslandırmaq üçün NATO-ya xarici düşmən lazımdır. Daim xarici düşmən axtarışı gedir və ya hansısa araqarışdırıcı hərəkətlər olur ki, kimi isə düşmən adlandırsınlar» - deyə, Putin öz fikrini belə izah edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar